• 17 Fevral 2025 15:41

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

TƏBRİK! – Bu gün Hüseyn Yusubovun ad günüdür

ByNiyazi Yusubov

Apr 1, 2024
Another advertisement

Bu gün dəyərli ziyalı, alim və siyasətçi, Bələdiyyə sədri vəzifəsindən tutmuş, nazir müavini və qubernator müavini vəzifələri daxil, şərəfli bir yol keçmiş Hüseyn Yusubovun doğum günüdür.
Hüseyn müəllim Marneulinin Qaş (Böyük) Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Bu gün 63 yaşı tamam olur.
Hazırda Gürcüstan Azərbaycanlıları Konqresinin sədridir.
Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresinin və “Qafqaz Türk Media” portalının yaradıcı heyəti olaraq hörmətli Hüseyn müəllimi Ad günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, ailə səadəti, məsuliyyət dolu fəaliyyətində yeni, yaz-bahar təravətli uğurlar arzulayırıq!