DİQQƏT! avtomobil alverçilərinin NƏZƏRİNƏ!

22

Bu gündən etibarən Gürcüstanda avtomobillərin və motosikletlərin daxili tranzit nömrələri dəyişdirilir.

QafqazTürk.com xəbər verir ki, artıq daxili tranzit nömrələri yeni qaydaya əsasən veriləcək.

Qərara əsasən, avtomobilin daxili tranzit sxemi aşağıdakı kimi olacaq:

Qeydiyyat nişanının ümumi təsviri:

Qeydiyyat nişanının sol tərəfində yuxarı kənarında Gürcüstanın dövlət bayrağı, Gürcüstanın dövlət bayrağının aşağı tərəfində Gürcüstanın beynəlxalq kodu “GE” təsvir edilmişdir. Sol tərəfdə, aşağı kənarın yaxınlığında isə “2D Barkod” kodu mövcuddur.
Qeydiyyat nişanının kənarının aşağı yarısında üfüqi istiqamətdə latın hərfləri ilə “TRANSİT” sözləri yazılmış qırmızı zolaq vardır. Soldan sağa, ağ fonda nömrə və seriya qara rəngdə (boşluq olmadan dörd rəqəm və iki latın hərfi) yazılacaq.

 

Motosikletin “daxili tranziti” nümunəsi

Qeydiyyat nişanının sol tərəfində yuxarı kənarında Gürcüstanın dövlət bayrağı, aşağı tərəfində isə Gürcüstanın beynəlxalq kodu “GE” təsvir edilmişdir. Sol tərəfdə, aşağı küncdə “2D Barkod” kodu mövcuddue. Qeydiyyat nişanının kənarının sağ tərəfində şaquli olaraq qırmızı zolaq keçir, onun üzərində də şaquli olaraq latın hərfləri ilə “TRANSIT” yazılır. Ağ fonda yuxarı hissədə qara yazı ilə rəqəm (üç rəqəm), aşağı hissədə isə seriya (iki latın hərfi) yazılacaq.

 

Nümunə tranzit nömrəsi

Tranzit nömrəsinin ümumi təsviri:
Yapışan lentdən hazırlanmışdır. Tranzit nömrədə nömrə və seriya soldan sağa yazılacaq və üç rəqəmin, üç latın hərfinin birləşməsindən ibarət olacaq. Tranzit nömrəsinin ortasında, yuxarı hissəsində nömrənin verildiyi il qeyd olunacaq.

 

 

Xatırladaq ki, sözügedən qərar 18 avqust 2023-cü il tarixində qəbul edilib.

13
5
Kateqoriya: Maraqlı
Sonrakı yazı
TƏBRİK! – Bu gün Hüseyn Yusubovun ad günüdür
Öncəki yazı
Bu gün gözlənilən hava şəraiti – PROQNOZ