Türkiyədə terrorçuların mağaraları məhv edildi – Çox sayda sursat ələ keçirildi – VİDEO

45

Another advertisement

Türkiyədə terror aktı törətmək məqsədilə terrorçuların mağaralarda gizlətdikləri müxtəlif növ silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə “BOZDOĞAN-19” əməliyyatı keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Terror aktı törətmək məqsədilə separatçı terror təşkilatına aid terrorçuların çöllük ərazilərdəki mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə həyata keçirilən “BOZDOĞAN-19” əməliyyatlarında 22 mağara və sığınacaq məhv edilib. Əməliyyat zamanı 19 qumbaraatan, qumbaraatanın 16 qumbarası, 10 əl qumbarası, müxtəlif diametrli və ölçülü 444 döyüş sursatı, həmçinin çoxlu silah və partlayıcı maddə ələ keçirilib”, – deyə paylaşımda bildirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
UEFA Prezidenti Baş nazir İrakli Kobaxidzeni Avro 2024 çempionatında iştirak etmək üçün Almaniyaya dəvət edir
Öncəki yazı
TƏBRİK! – Bu gün Hüseyn Yusubovun ad günüdür