Tbilisidə Ulu Öndərə həsr edilmiş konfrans keçirilib

5

Dünən, 14 Aprel tarixində Tbilisi şəhərində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda elmi konfrans keçrildi.

QafqazTürk.com xəbər verir ki, konfransda Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev və səfirliyin bütün əməkdaşları, ”SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfirinin müavini Kazım Qartalın rəhbəriyi ilə Gürcüstanda akreditə olunmuş türk diplomatları, Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev və Zaur Darğallı, Gürcüstan dövlət nümayəndələri, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və konqresin əməkdaşları, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və Kvemo Kartli regionunda yerləşən bələdiyyələrin rəhbərləri və deputatları, mətbuat nümayəndələri və geniş tərkibdə icma təmsilçiləri iştirak edirdilər.

Elmi konfransı məruzə ilə cənab səfir Faiq Quliyev açdı. Səfir Quliyev və çıxış edən bütün natiqlər Ulu Öndərimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə nə qədər yüksək dəyər verdiyini və nə qədər həssas yanaşdığını vurğuladılar. Natiqlər həmçinin öz çıxışlarında “Heydər Əliyev və Gürcüstan” mövzusuna geniş yer verdilər.

Dəyərli həmvətənlərimiz, əziz gənclərimiz, heç vaxt unutmayaq kı, vətənimiz Gürcüstanın bu günki iqtisadi inkişafında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi meqalayihələrin böyük rolu vardır.

0
0
Sonrakı yazı
Həftə sonları bankdan banka pul köçürmək mümkün olacaq
Öncəki yazı
Elektrik cərəyanının vurması nəticəsində 1 nəfər ölüb