Həftə sonları bankdan banka pul köçürmək mümkün olacaq

4

Gürcüstanda bank ödənişlərinin sürəti iş vaxtından və bayram günlərindən asılı olmayaraq 10 saniyəyə qədər artırılacaq.

QafqazTürk.com xəbər verir ki, bu, Milli Bankın ödəniş sistemində aparılan islahatlarla təmin edilir.

Söhbət bankdan banka və ya daxili bank köçürmələrindən gedir.

Müvafiq tender artıq Dünya Bankının internet saytında dərc edilib. Söhbət bu sistemin tətbiqi üçün zəruri olan texniki və İT infrastrukturundan, eləcə də təlim və zəmanət xidmətlərindən gedir.

Layihənin ümumi dəyəri 6 milyon avrodur və bu, Dünya Bankının ayırdığı 85 milyon avroluq paketin bir hissəsidir.

SEB-ə görə, bütün islahat təxminən 2 il çəkəcək.

Layihəyə daxildir:

• Instant Payments System (IPS) tətbiqi və texniki dəstək. Qiymət elan edilmiş tenderin nəticələrinə əsasən müəyyən ediləcək;

• Mövcud RTGS (Real Time Gross Settlement) sisteminin əsaslı şəkildə yenilənməsi;

• Ani ödənişlər sisteminin aparat qurğusu;

• Müxtəlif konsaltinq xidmətləri;

• Texniki yardım;

17 fevral 2023-cü il tarixində elan edilən tenderə əsasən alışın faktiki dəyəri ən aşağı qiymətə malik olan təklifə əsasən müəyyən ediləcək.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
UNICEF: Gürcüstanda hər üç gəncdən biri depressiyadan əziyyət çəkir
Öncəki yazı
Tbilisidə Ulu Öndərə həsr edilmiş konfrans keçirilib