Elektrik cərəyanının vurması nəticəsində 1 nəfər ölüb

2

Telavidə ortayaşlı şəxs elektrik cərəyanı vurması nəticəsində ölüb.

QafqazTürk.com xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, kişi külək nəticəsində zədələnmiş elektrik xətlərini təmir etməyə cəhd edib və nəticədə onu elektrik cərəyanı vurub.

Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin məlumatına görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası şəxsi elektrik cərəyanı vurması nəticəsində ölmüş vəziyyətdə aşkarlayıb.

“Enerqo-Pro Georgia” şirktindən bildirilib ki, hadisənin baş verdiyi transformator şəxsidir və şirkətə məxsus deyil.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Tbilisidə Ulu Öndərə həsr edilmiş konfrans keçirilib
Öncəki yazı
Ulduz falı – 15.04.2023