Another advertisement
Tbilisinin dövlət uşaq bağçalarında 2023-2024-cü tədris ili üçün qeydiyyat başlayır.
QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladzenin paytaxt hökumətinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə qeydiyyat Tbilisi uşaq bağçalarının idarəedici agentliyinin saytında üç mərhələdə elektron şəkildə aparılacaq.
“Birinci mərhələ iyulun 10-da saat 10:00-da başlayacaq və 16 iyul saat 00:00-a kimi davam edəcək. Birinci mərhələdə hədəf sosial qrupunu təmsil edən uşaqlar qeydiyyata alınacaq”, – deyə Kaxa Kaladze bildirib.