Papa Quranın yandırılmasına reaksiya verdi: “Qəzəb və ikrah hissi duyuram”

0

Katoliklərin ruhani lideri Papa Fransisk müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasının onu “qəzəbləndirdiyini” və “iyrəndirdiyini” bildirib.

QafqazTürk.com xəbər verir ki, “İfadə azadlığından heç vaxt başqaları üçün aşağılama vasitəsi kimi istifadə edilməməli, onun inkar və qınanmasına imkan verilməməlidir”, – deyə Fransisk qeyd edib.

Papa Birləşmiş Ərəb Əmirliklərinin “əl-İttihad” qəzetinə verdiyi müsahibədə “Müqəddəs sayılan hər bir kitaba, ona inananlara hörmət göstərmək üçün hörmət edilməlidir” ifadəsini işlədərək, “Bu hadisələr qarşısında qəzəb və ikrah hissi keçirirəm” deyib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə ictimai uşaq bağçalarına qeydiyyatın birinci mərhələsi bu tarixdə başlayacaq
Öncəki yazı
Gürcüstandan Ukraynaya etiraz