• 17 Fevral 2025 14:49

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Priqojinin 10 milyardı özünə qaytarıldı

ByNiyazi Yusubov

İyl 4, 2023
Another advertisement

“Vaqner” muzdlu dəstələrinin rəhbəri Yevgeni Priqojinin müsadirə olunan 10 milyard rubl vəsaiti geri qaytarılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

İddiaya görə, iyulun 2-si axşam saatlarında Priqojinə 10 milyard rubl, yüz minlərlə dollar və beş külçə qızıl qaytarılıb.

Nəşr bildirir ki, Priqojin köçürmə prosedurunda iştirak etməyib. O həmin vaxt Moskvada  olub. “Vaqner” rəhbərinin pulu götürmək üçün sürücüsünü göndərdiyi deyilir.