Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyanla görüşüb.
QafqazTürk.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı müxtəlif sahələrdə səmərəli əməkdaşlıq və uzunmüddətli mehriban qonşuluq münasibətləri vurğulanıb.
Qeyd olunub ki, strateji tərəfdaşlıq haqqında saziş ikitərəfli münasibətləri keyfiyyətcə fərqli səviyyəyə qaldırıb. Müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi potensialı və ondan tam istifadənin vacibliyi vurğulanıb. Görüşdə həmçinin regionda gedən proseslərə də diqqət yetirilib.
İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyə güclü dəstəyini bir daha diqqətə çatdırıb.
Geniş tərkibdə keçirilən görüşdə iki ölkənin hökumət üzvləri iştirak ediblər.
Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanda rəsmi səfərdədir.