This is a specific ad

Nikol Paşinyan: “Gürcüstanın baş naziri ilə iqtisadi, ticarət və mədəni əlaqələri inkişaf etdirmək barədə razılığa gəldik”

98

Another advertisement

Gürcüstanın baş naziri ilə görüşdə razılaşdıq ki, iqtisadi, ticarət və mədəni əlaqələri inkişaf etdirəcəyik“.

QafqazTürk.com xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan deyib.

Gürcüstanın baş naziri cənab İrakli Kobaxidzeni İrəvanda qəbul etməkdən məmnunam.
Biz Ermənistan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın yaradılması ilə əlaqədar birgə bəyannamənin praktiki həyata keçirilməsindən danışdıq və iqtisadi, ticarət və mədəni əlaqələri inkişaf etdirmək barədə razılığa gəldik. Söhbət zamanı biz regional sülh və sabitlik məsələlərinə də toxunduq”, – deyə Nikol Paşinyan bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasında rəsmi səfərdədir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu
Öncəki yazı
İrakli Kobaxidze Ermənistan Respublikasının Prezidenti ilə görüşüb