İlham Əliyev: “Separatçı təlxəklər toplusu bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”

3

“Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.

QafqazTürk.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün, aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğuna əminliyini bildirən dövlət başçısı deyib:

“Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.

Mənbə: AZƏRTAC

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır”
Öncəki yazı
DİQQƏT! – VALİDEYNLƏRİN NƏZƏRİNƏ!