This is a specific ad

DİQQƏT! – VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

59

Another advertisement

Noyabrın 1-dək 6 yaşı tamam olacaq olan uşaqlar 2023-cü ilin sentyabrından məktəbə getmək hüququ qazanacaqlar.

QafqazTürk.com xəbər verir ki, bu barədə Təhsil və Elm naziri Giorgi Amilaxvari məlumat verib.

“Məktəb infrastrukturunun inkişafı ilə valideynlərin uşağın məktəb yaşına aid olan artan tələbatını tədricən ödəmək imkanımız var. Cari il noyabrın 1-dək 6 yaşı tamam olan uşaqlar məktəbə buraxılacaq. Bildiyiniz kimi, bu qayda oktyabrın 1-dək qüvvədə idi və biz onu bir ay uzatdıq. 800 məktəbin tikintisi və bərpasını nəzərdə tutan infrastruktur tədbirləri ilə birlikdə bu müddəti mərhələli şəkildə dəvam etdirəcəyik. Qərar könüllü olacaq və valideynlər seçim etməkdə tamamilə azaddırlar. Onlar uşağı məktəbə göndərə və ya bağçaya qoya bilərlər”, – deyə Giorgi Amilaxvari bildirib.

Kateqoriya: Təhsil
Sonrakı yazı
İlham Əliyev: “Separatçı təlxəklər toplusu bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”
Öncəki yazı
BALACA ORXANIN KÖMƏYİNİZƏ EHTİYACI VAR – VİDEO