İlham Əliyev: “Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır”

1

“Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır”. 

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün, aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”, – deyə dövlət başçısı vurğulayıb.

Mənbə: AZƏRTAC

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Ermənistanda Azərbaycan Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir”
Öncəki yazı
İlham Əliyev: “Separatçı təlxəklər toplusu bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”