This is a specific ad

İlham Əliyev: “Ermənistanda Azərbaycan Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir”

36

Another advertisement

“Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün, aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar”, – deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti deyib ki, həmin adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir.

Mənbə: AZƏRTAC

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər”
Öncəki yazı
İlham Əliyev: “Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır”