İlham Əliyev Laçına qayıdanlara evlərin açarlarını təqdim etdi

0

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

QafqazTürk.com xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

İlham Əliyev çıxışında Laçın şəhərinə qayıdanları həm 28 May Müstəqillik günü həm də Laçın şəhərinə qayıtmaqları münasibətilə təbrik edib.

“Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm”, – deyə dövlət başçısı çıxışında qeyd edib.

Sonra Azərbaycan Prezidenti Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim edib.

Sakinlər dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda isə xatirə şəkilləri çəkdirildi.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Seçkidən sonra AKP-dən ilk BƏYANAT
Öncəki yazı
Tbilisidə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib – FOTO