This is a specific ad

Seçkidən sonra AKP-dən ilk BƏYANAT

42

Another advertisement

“CHP sözçüsü ard-arda iki dəfə tələsik bəyanat verib”.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuata verdiyi müsahibəsində deyib.

O qeyd edib ki, CHP öz məlumatlarını Türkiyənin məlumatları kimi təqdim edərək suyu bulandırmağa çalışır.

” “Heç kim balkon çıxışı etməsin” deyir. Bütün prosesdə suyu bulandıran yeganə bəyanat mayın 14-də iki bələdiyyə sədrindən gəldi”, – deyə Çelik vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52%, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88%, ATA ittifaqının namizədi Sinan Oğan 5,17% səs toplayıb. Səsvermədə seçicilərin 88,92%-i iştirak edib. 
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğan: “Ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram”
Öncəki yazı
İlham Əliyev Laçına qayıdanlara evlərin açarlarını təqdim etdi