This is a specific ad

Tbilisidə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib – FOTO

57

Another advertisement

28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, o cümlədən səfirliyin dəstəyi ilə Tbilisiyə səfərləri təşkil olunan Marneuli rayonunun Hallavar və Dmanisi rayonunun Dunus kənd orta məktəblərinin müəllim və şagird heyəti Ümummilli Lider Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət ediblər.

QafqazTürk.com xəbər verir ki, Heydər Əliyevin abidəsinə gül dəstələri düzülüb və xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra Tbilisinin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonunda dəfn olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət edilib. Görkəmli dövlət xadimlərinin məzarları üzərinə gül-çiçəklər düzülmüş, xatirələri yad edilib.

Sonrakı yazı
İlham Əliyev Laçına qayıdanlara evlərin açarlarını təqdim etdi
Öncəki yazı
Rusiyanın Britaniyadakı səfiri: Moskva hələlik heç bir ciddi addım atmayıb – ƏTRAFLI