Another advertisement
Cari ilin mart ayında Gürcüstan otellərində nömrələrin bahalaşması müşahidə edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə PMCG (Siyasət və İdarəetmə Məsləhətçi Qrupu) tədqiqat mərkəzi məlumat yayıb.
Məlumata əsasən beşulduzlu oteldə bir otağın orta qiyməti 456 lari (181 dollar), dördulduzlu oteldə 275 lari (109 dollar), üçulduzlu oteldə isə 167 lari (66 dollar) olub.
Ay ərzində otel nömrələrinin qiymətləri 5%, ötən ilin mart ayı ilə müqayisədə isə 14,0% artıb.