• 08 Dekabr 2023 12:56

Gürcüstanda şəhərlərin və kurortların bərpası işləri planlaşdırılır

Avatar photo

ByHacı Xəlilzadə

Apr 19, 2023

Gürcüstan hökuməti şəhərlərin və kurortların inkişafı üçün yeni genişmiqyaslı dövlət proqramına başlayır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə beşillik proqrama 11 şəhər daxildir:
Borcomi, Bakuriani, Kutaisi, Cğaltubo, Telavi, Zuqdidi, Mçxeta, Batumi, Stepancminda, Mestia və Kazbegi.

2023-cü ildə layihənin həyata keçirilməsinə 200 milyon lari (79,681,274.90 dollar) ayrılacaq.

Baş nazirin sözlərinə görə, yeni istirahət zonaları və turistlər üçün cəlbedici yerlər yaradılacaq, mədəni-tarixi obyektlər bərpa olunacaq.

“Əsas vəzifə Gürcüstanı tədricən Avropa tipli dövlətə çevirməkdir”, – deyə Qaribaşvili bildirib.

18580cookie-checkGürcüstanda şəhərlərin və kurortların bərpası işləri planlaşdırılır