18 Aprel tarixində təqdim edilən yeni “Cayenne” modeli həm dizayn, həm də performans baxımından yeniliklərlə qarşımızdadır!
QafqazTürk.com xəbər verir ki, “Porsche” tarixinin ən böyük “Facelift”lərindən biri kimi tarixə keçən – yeni “Cayenne”də ilk diqqət çəkən məqamlar kimi yenilənmiş ön “HD Matrix LED” işıqlar, tam rəqəmsal sürücü kokpiti, model seriyasından asılı olaraq yüksəldilmiş mühərrik gücü, “Hybrid” “Cayenne” modelləri üçün 90 km-dək artırılmış elektriklə məsafə qət etmə imkanı və s. kimi üstünlükləri qeyd etmək olar.




