Bu gün ölkədə Qurban bayramı namazı qılınıb – FOTO

3

Bu gün Tbilisi, Batumi və ölkənin digər bölgələrində fəaliyyət göstərən məscidlərdə Qurban bayramı namazı qılınıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ümumgürcüstan Müsəlmanları İdarəsi məlumat yayıb.

Məlumatda ölkə və dünya müsəlmanlarının Qurban bayramları təbrik edilib.

“Bu gün Gürcüstanda yaşayan müsəlmanlar Tbilisi, Batumi və ölkənin digər bölgələrində fəaliyyət göstərən məscidlərdə Qurban bayramı namazı qılıblar. Bir daha ölkə və dünya müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edir, sizə cansağlığı, xoşbəxtlik, güclü iman və firavanlıq arzulayırıq. Uca Allah hər birimizin dualarını, kəsdikləri qurbanları və ibadətlərini qəbul etsin! Amin!“, – deyə məlumatda qeyd edilib.

P.S. QafqazTürk Media dəyərli oxucularımızı və bütün müsəlman aləmini Müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, evlərinə ruzi-bərəkət və can sağlığı arzulayır.
Allah kəsilən qurbanları, qılınan namazları, edilən duaları və niyyətləri qəbul etsin İnşAllah.
Amin!

0
0
Kateqoriya: Din
Sonrakı yazı
Baş nazir Gürcüstan müsəlmanlarının Qurban bayramını təbrik edib
Öncəki yazı
Gürcüstanın U-21 millisindən tarixi uğur