Baş nazir Gürcüstan müsəlmanlarının Qurban bayramını təbrik edib

2

Gürcüstan Baş naziri İrakli Ğaribaşvili Gürcüstan müsəlmanlarının Qurban bayramını təbrik edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş nazirin təbrikini təqdim edirik:

Dərin hörmət və məhəbbətlə müsəlman həmvətənlərimizi xeyirxahlığın, qarşılıqlı hörmətin qələbəsi, xeyirxahlığın bayramı olan böyük Qurban bayramı münasibətilə təbrik edirəm.
Gürcüstan hər zaman dinlərə hörməti və tolerantlığı ilə seçilib, bu, bizim qürurverici ənənəmizdir və həmişə belə olacaq. Biz ölkəmizi birlikdə qururuq və gələcəkdə də quracağıq.
Bir daha bütün müsəlmanları təbrik edir, hər birinə sülh və firavanlıq arzulayıram.

Gürcüstanın baş naziri
İrakli Qaribaşvili“.

0
0
Kateqoriya: Din, Maraqlı, Siyasət
Sonrakı yazı
Gürcüstan və Macarıstan münasibətləri – ƏTRAFLI
Öncəki yazı
Bu gün ölkədə Qurban bayramı namazı qılınıb – FOTO