Gürcüstanın U-21 millisindən tarixi uğur

1

Gürcüstanın U-21 millisi gənclər arasında Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

QafqazTürk.com xəbər verir ki, Gürcüstan yığması dünən qrupda son oyununu keçirib.

Niderlandla 1:1 hesablı heç-heçə edən komanda 5 xalla A qrupunu lider olaraq başa vurub.

Bununla da Gürcüstanın U-21 millisi tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə – 1/4 finala yüksəlib. 4 xalla qrupda 2-ci olan Portuqaliya da pley-off-da oynamaq hüququ qazanıb. Niderland 3 xalla qrupda 3-cü, Belçika isə 2 xalla sonuncu olub.

Məlumat üçün bildirək ki, gənclər arasında Avropa çempionatı Gürcüstan və Rumıniyada keçirilir.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Bu gün ölkədə Qurban bayramı namazı qılınıb – FOTO
Öncəki yazı
Türkiyənin valyuta ehtiyatları rekord həddə artıb