This is a specific ad

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

91

Another advertisement

Bu gün Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.

Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir.

Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir.

Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarırlar. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır – ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.

Sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “papaqatma” mərasimini icra edirlər. Papaq atılandan sonra gizlənirlər.

Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.

TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda LGBT təbliğatına qarşı qanunlayihəsi hazırlanıb
Öncəki yazı
Gürcüstanda respirator infeksiyalar yayılıb