Gürcüstanda LGBT təbliğatına qarşı qanunlayihəsi hazırlanıb

18

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanunlayihəsini parlamentə təqdim etməyə hazırlaşırlar.

QafqazTürk.com xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze çıxışında məlumat verib.

O, LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini deyib:

Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost, tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.

14
2
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu şirkətlər vergidən azad olunacaqlar – ƏTRAFLI
Öncəki yazı
Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir