Gürcüstanda respirator infeksiyalar yayılıb

49

“Gürcüstanda mövsümi virusların pik həddi keçib, lakin respirator infeksiyalar hələ də aktivdir”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan mətbuatına Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvan Çxaidze deyib.

Dekabrın ikinci yarısından indiyədək klinikalara müraciətlərin sayı yüksək olaraq qalıb. A qrupu virusuna yoluxma halları azalıb, respirator sinsitial virus geniş yayılıb. Bununla yanaşı, koronavirusa yoluxma halları da rast gəlinir“, – deyə xəstəxana direktoru bildirib.

İnfeksionistlərin sözlərinə görə, martın sonunda Gürcüstanda qripə yoluxanların sayı azalmağa başlayacaq.

12
24
Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir
Öncəki yazı
19-20 mart tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ