This is a specific ad

Bakı-Tbilisi-Qars marşrutu üzrə tranzit gömrük prosedurları sadələşdirilib

28

Another advertisement

Bakı-Tbilisi-Qars çərçivəsində tranzit gömrük prosedurlarının sadələşdirilməsi haqqında sazişi ratifikasiya edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisində qərar qəbul edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında tranzit gömrük işlərinin sadələşdirilməsi məqsədilə ilkin məlumat mübadiləsi haqqında” qanunlayihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclisin plenar iclasında deputat Səməd Seyidov bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında ilkin məlumat mübadiləsi haqqında saziş Azərbaycanın geosiyasi mövqeyini tamamilə yeni müstəviyə çıxaracaq.

Deputatın sözlərinə görə, layihədə üç ölkənin iştirakı yalnız ilk addımdır və yaxın gələcəkdə Mərkəzi Asiya ölkələri də qoşulacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
13 iyunadək gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Bakıda “İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib – FOTO