This is a specific ad

13 iyunadək gözlənilən hava şəraiti – PROQNOZ

31

Another advertisement

İyunun 13-dək Gürcüstanda yüksək temperatur fonunda yağıntılı hava şəraiti davam edəcək , bəzi yerlərdə şimşək çaxacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər.

“İyunun 13-dək Gürcüstanda yüksək temperatur fonunda yağışlı hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək çaxacaq, Şərqi Gürcüstanda dolu olacağı ehtimalı var. Gün ərzində hava temperaturu düzənlik və aranda +26, +31 dərəcə təşkil edəcək.

Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər. Hava temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzi “112”-dən əhaliyə XƏBƏRDARLIQ
Öncəki yazı
Bakı-Tbilisi-Qars marşrutu üzrə tranzit gömrük prosedurları sadələşdirilib