This is a specific ad

Bakıda “İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib – FOTO

37

Another advertisement

İyunun 8-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbirdə Beynəlxalq İnsan Hüquqları Komitəsinin orta Asiya üzrə eksperti, prezident təqaüdçüsü Mirdamət Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisiyanın məsul katibi Emin Babayev, Yasmal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profliaktik işin təşkili bölməsinin baş inspektoru Elşad Həsənov, yazıçı, publisist,Uğur yolu TV.az saytınin təsisćisi Raziyə Rzayeva, tarixçi alim Nazim Vəlişov, 1 nömrəli Bakı Tibb Kollecinin hüquq müəllimi Gülnarə Əhmədova, kimya üzrə fəlsəfə doktoru Məmmədova Zülfiyyə, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumova, psixoloq – Aynur Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, 167 saylı tam orta məktəbin və 173 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Əvvəlcə qonaqlar mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib əziz xatirəsini yad etdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin baş fond mühafizi Nigar Hüseynova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Mərkəzin bələdçisi Mayrux Cavadova “Dövlət və insan hüquqları” adlı mühazirə ilə çıxış etdi.

Tədbirdə çıxış edən Emin Babayev və Gülnarə Əhmədova öz çıxışlarında ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi seçdiyini bildirdilər.

Tarixçi alim Nazim Vəlişov, Raziyə Rzayeva, Mirdamət Əzizov,Yasəmən Qəyyumova və digər qonaqlar çıxışlarında ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edildiyini böyük ehtiram hissi ilə qeyd etdilər. Bildirdilər ki, məhz bunu nəzərə alan ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Sonda insan hüquqlarının müdafiəsindən bəhs edilən film nümayiş etdirildi.

Sonrakı yazı
Bakı-Tbilisi-Qars marşrutu üzrə tranzit gömrük prosedurları sadələşdirilib
Öncəki yazı
Marneulidən olan veteran cüdoçu çempion olub