Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
QafqazTürk.com xəbər verir ki, telefon danışığı zamanı nazirlər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər və iki ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb.
İliya Darçiaşvili türkiyəli həmkarına Gürcüstanın ərazi bütövlüyünə və Avro-Atlantik inteqrasiyasına verilən dəstəyə görə təşəkkür edib.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın regiondakı sülh proseslərinin müsbət istiqamətində inkişaf etdirilməsi, regionun sabit və dayanıqlı inkişafı baxımından vacibliyi vurğulanıb.
XİN başçıları Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının işini müsbət qiymətləndiriblər. Nazirlər üçtərəfli görüşün keçirilməsinə hazır olduqlarını ifadə ediblər.
Məlumata görə, İliya Darçiaşvili Hakan Fidanı Gürcüstana səfərə dəvət edib.