This is a specific ad

Gürcüstanın xarici borcu açıqlanıb

26

Another advertisement

Gürcüstanın xarici dövlət borcu cari ilin may ayında 8 milyard 404 milyon 509 min ABŞ dolları təşkil edib. Bu da cari ilin birinci rübü ilə müqayisədə təxminən 200 milyon dollar çox, keçən ilin göstəricisindən xeyli azdır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilir ki, hazırda dövlət borcunun lari ilə ekvivalenti təqribi olaraq 21 milyard, 287 milyon, 647 min laridir.

Qeyd edək ki, 2022-ci ilin may ayında Gürcüstanın dövlət borcu həmin dövrün məzənnəsi ilə 23 milyard 338 milyon 271 min lari təşkil edib.

Statistik məlumatlara əsasən Gürcüstana ən çox kredit verən Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq İnkişaf Bankıdır.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
2023-cü ilin I rübü Azərbaycandan Gürcüstandakı şəxslərə pul köçürmələr azalıb
Öncəki yazı
Gürcüstan, Türkiyə və Azərbaycan XİN rəhbərləri görüşə bilər