Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 5 dəfə azaldıb

1

Gürcüstan 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan 9.7 mln. dollar dəyərində 10 min 858 ton neft və neft məhsulları idxal edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında qeyd olunub.

Cari ilin ilk 5 ayı ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi 2022-ci illə müqayisədə 45 min 649 ton və ya 5.2 dəfə, dəyəri isə 38.46 mln. dollar və ya 4.96 dəfə azalıb.

2022-ci ilin ilk 5 ayı ərzində Gürcüstan Azərbaycandan 48.18 mln. dollar dəyərində 56 min 507 ton neft və neft məhsulları idxal edib.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstan, Türkiyə və Azərbaycan XİN rəhbərləri görüşə bilər
Öncəki yazı
Tbilisidə bir nəfər yaşayış binasından yıxılıb