This is a specific ad

İlham Əliyev: “Ermənistan konstitusiyasına düzəlişlər edilsə, sülh əldə oluna bilər”

43

Another advertisement

“Ermənistanla sülh yalnız Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra mümkün olacaq”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib.

“Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, konstitusiyaya və digər hüquqi sənədlərə dəyişiklik etsə, o zaman sülh əldə oluna bilər”, – deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmaması kimi məsələlərə əsaslanır.

İlham Əliyev həmçinin əlavə edib ki, artıq iki ölkə arasında faktiki sülh var və artıq bir neçə aydır ki, iki ölkənin sərhədində dinc vəziyyət hökm sürür.

“Bu prosesin məntiqi sona çatması üçün sülh müqaviləsi imzalamaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq lazımdır”, – deyə İlham Əliyev qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
6 fevraladək gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Azərbaycanın Gürcüstandakı səfirliyi BƏYANAT YAYIR