Azərbaycanın Gürcüstandakı səfirliyi BƏYANAT YAYIR

1

Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycanda 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb.

QafqazTürk.com sözügedən bəyanatı təqdim edir:

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə:

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4

18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:
Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcəkdir.

Əlaqə üçün: +995555250993 , +995322243004“.

1
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
İlham Əliyev: “Ermənistan konstitusiyasına düzəlişlər edilsə, sülh əldə oluna bilər”
Öncəki yazı
პოეტი ნიზამი ფაშა სარაჩლის დაკრძალვა – ფოტო/ვიდეო