6 fevraladək gözlənilən hava şəraiti – PROQNOZ

1

Fevralın 6-dək Qərbi və şərqi Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti gözlənilir. Paytaxt Tbilisidə hava yağmursuz keçəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın 5-də günün sonundan etibarən güclü şimal-qərb küləyi əsəcək. Hava temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti) fevralın 6-dək yağış yağacağı gözlənilir. Fevralın 5-də günün sonundan etibarən güclü cənub-qərb küləyi əsəcək. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti) fevralın 6-dək yağış yağacağı gözlənilir. Fevralın 5-də günün sonundan başlayaraq güclü qərb küləyi əsəcək. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) fevralın 6-dək yağıntılı hava şəraiti gözlənilir. Hava temperaturu gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) fevralın 6-dək qar yağacağı gözlənilir. Hava temperaturu gündüz -1, +1 dərəcə təşkil edəcək.

Fevralın 6-dək Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali) yağışlı hava şəraiti gözlənilir. Fevralın 5-də günün sonundan başlayaraq güclü qərb küləyi əsəcək. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro) fevralın 6-dək hava şəraiti əsasən yağmursuz keçəcək. Fevralın 5-də günün sonundan başlayaraq güclü qərb küləyi əsəcək. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro) fevralın 6-dək bəzi yerlərdə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo), fevralın 6-dək bəzi yerlərdə qar yağacağı, çovğun olacağı gözlənilir. Hava temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək”, – məlumatda deyilir.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
İstanbulda kilsəyə hücum etməkdə şübhəli bilinən İŞİD üzvləri saxlanılıb
Öncəki yazı
İlham Əliyev: “Ermənistan konstitusiyasına düzəlişlər edilsə, sülh əldə oluna bilər”