This is a specific ad

İstanbulda kilsəyə hücum etməkdə şübhəli bilinən İŞİD üzvləri saxlanılıb

21

Another advertisement

İstanbulda “Santa Maria” kilsəsinə hücumla əlaqədar İŞİD terror təşkilatının üzvü olan 17 şübhəli şəxs saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilir ki, MİT (Milli Kəşfiyyat Təşkilatı) və Təhlükəsizlik Baş İdarəsinin koordinasiyalı şəkildə həyata keçirdiyi araşdırmalar zamanı şübhəlilər təsbit edilib və onlara qarşı eyni vaxtda əməliyyat təşkil edilib.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər də ələ keçirilib.

Xatırladaq ki, yanvarın 28-də İstanbulun Sarıyer rayonunda “Santa Maria” kilsəsində ibadət zaman silahlı hücum baş verib. Kilsəyə daxil olan iki maskalı şəxs ibadət edən şəxsə silahla hücum edərək onu öldürüblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Fransanın NATO və Aİ-dən təcili çıxması tələb edildi
Öncəki yazı
6 fevraladək gözlənilən hava şəraiti – PROQNOZ