• 01 Dekabr 2023 18:32

Zurabişvili Aİ-yə üzvlük prosesindən danışdı

Avatar photo

ByHacı Xəlilzadə

İyn 1, 2023

Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin Avropa İttifaqında üzvlük prosesindən danışıb.

QafqazTürk.com xəbər verir ki, prezident bu barədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Brüsseldəki danışıqlar Aİ-yə namizəd statusunun alınması məsələsində ehtiyatlı optimizmə əsas verir.

Salome Zurabişvili qeyd edib ki, Avropa Komissiyası, Avropa İttifaqı Şurası prezidentləri və Avropa Parlamentinin rəhbərinin yaxın vaxtlarda Tbilisiyə gələcəyi barədə ilkin razılıq var.

“Əgər bu 3 nəfər yaxın aylarda paytaxtımıza gəlsələr, deməli, onlar Gürcüstan haqda məyus deyillər”, – Zurabişvili əlavə edib.

59680cookie-checkZurabişvili Aİ-yə üzvlük prosesindən danışdı