• 06 Dekabr 2023 12:25

İrakli Ğaribaşvili: “Bakı və İrəvanın sülh danışıqlarını dəstəkləyirik”

Avatar photo

ByHacı Xəlilzadə

İyn 1, 2023

“Gürcüstan Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyir – bu, bütün regionun maraqlarına cavab verir”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili deyib.

“Prinsipcə, Gürcüstan 2021-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmalardan sonra çox mühüm və faktiki olaraq ilk uğurlu vasitəçiliyini həyata keçirmişdi”, – Gürcüstanın baş naziri xatırladıb.

İrakli Ğaribaşvili əlavə edib ki, Tbilisi Azərbaycan və Ermənistan arasında dinc dialoqun və danışıqların tərəfdarıdır:

“Hesab edirəm ki, bu, bizim – Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur”.

59650cookie-checkİrakli Ğaribaşvili: “Bakı və İrəvanın sülh danışıqlarını dəstəkləyirik”