Zelenski ruslara müraciət etdi: “Putin artıq Moskvada deyil”

0

“Ruslar nə qədər uzun müddət fəaliyyətsiz qalsalar, dövlətləri bir o qədər dağılacaq”.

QafqazTürk.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına rus dilində etdiyi videomüraciətində deyib.

Rusca deyəcəyəm. Kremldən olan adam (Vladimir Putin – red.) açıq-aydın çox qorxur və yəqin ki, hardasa gizlənir, görünmür. Əminəm ki, o, artıq Moskvada deyil. Harasa zəng edir, orada nəsə yalvarır… O, nədən qorxduğunu bilir, çünki bu təhlükəni özü yaradıb. Bütün pislikləri,bütün itkiləri,bütün nifrətləri özü yayır. O, bunkerləri arasında nə qədər çox qaça bilsə, bir o qədər çox itirəcəksiniz… Rusiya ilə əlaqəsi olan hər kəs”, – deyə Zelenski bildirib.

O vurğulayıb ki, ruslar hərəkətə keçməlidir, çünki ölkələrinin gələcəyi onlardan asılıdır.

“Bəs siz nə edəcəksiniz? Qoşunlarınız Ukrayna torpaqlarında nə qədər çox qalarsa, sonradan Rusiyaya daha çox dağıntı gətirəcək. Bu şəxs Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər olacaq“, – deyə prezident vurğulayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiyada orduda xidmət yaşı 70-ə qaldırıldı
Öncəki yazı
Gerasimov və Şoyqu istefaya göndərilir – İDDİA