This is a specific ad

Rusiyada orduda xidmət yaşı 70-ə qaldırıldı

69

Another advertisement

Rusiya Prezidenti Vladimir Putin səfərbərlik, hərbi vəziyyət və ya müharibə zamanı müqavilə ilə xidmət üçün yaş həddini artıran qanun imzalayıb.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Söhbət bu qanunun qüvvəyə minməsindən sonra Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə müqavilə bağlayacaq kişilərdən gedir.

Bildirilir ki, bundan sonra general-polkovnik, admiral daxil olmaqla, baş zabit rütbəsi verilmiş şəxslər üçün səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövründə xidmətdə olmanın yuxarı yaş həddi 70 yaş olacaq. Fərqli hərbi rütbəsi olan vətəndaşlar üçün isə 65 yaş.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə “Ənənəvi Türk Oxculuq Kursu” layihəsi çərçivəsində oxatma yarışı təşkil olunub
Öncəki yazı
Zelenski ruslara müraciət etdi: “Putin artıq Moskvada deyil”