Yanğınlar Yunanıstanı bürüyərkən yay düşərgəsindəki 1200 uşaq son anda yanğından xilas edilib.
QafqazTürk.com-un əldə ettiyi məlumatlara görə ,Aralıq dənizindən gələn isti dalğaları ilə mübarizə aparan Yunanıstan iki fərqli bölgədən gələn yanğınlarla əhatə olunub.
Afinanın qərbində yerləşən Loutraki sahil şəhərindəki yay düşərgəsindəki uşaqlar alov ərazini bürüdüyü üçün təxliyə edilib.
Eyni zamanda, Afinanın cənub-şərqində bir nəfər yanğın törətdiyinə görə polis tərəfindən həbs edilib.
Sinoptiklər yanğınların heç bir dayanma əlamətinin olmadığını bildirirlər.
Yunanıstan meteorologiya xidməti isə yanğın ehtimalının yüksək olduğunu bildirib.
Minlərlə yanğınsöndürən güclü külək nəticəsində yanğınların böyüməsi səbəbindən yanğınları söndürməkdə çətinlik çəkir.
Yunanıstanda son günlər temperatur 40C və daha yüksək həddə çatıb. Ölkənin ən məşhur turistik məkanı olan Afinadakı Akropol ziyarətçilərə zərər verməmək üçün cümə və şənbə günlərinin ən isti saatlarında ziyarətçilər üçün bağlanıb.