Çexiya gürcüstanlı kriminal avtoriteti ABŞ-a verir

36

Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, əslən gürcüstanlı olan kriminal avtoritet Polad Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir.

Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir.

Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.

Praqa Şəhər Məhkəməsi mayın sonunda Polad Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər.

Çexiya mətbuatı yazır ki, Polad Ömərov, Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Yunanıstanda yanğınlar: minlərlə uşaq yay düşərgəsində son anda xilas edilib
Öncəki yazı
Cənubi Kiprdə FIP epidemiyası: minlərlə pişik öldü (FIP xəstəliyi nədir, onun simptomları və müalicə üsulları nədir?