This is a specific ad

Yığılmış pensiyaların verilməsinə başlanılıb – İslahatdan neçə nəfər yararlanıb?

45

Another advertisement

“Biz artıq yığılmış pensiya şəklində təxminən 10 milyon lari vermişik. Təxminən 3000-dən çox insan topladıqları puldan artıq bəhrələnib”.

QafqazTürk.com xəbər verir ki, bunu Pensiya Agentliyinin direktoru Giorgi Daneliya deyib.

Onun sözlərinə görə, hazırda fondda 3,3 milyard lari toplanıb və investisiya fəaliyyətindən hesablanmış gəlir 500 milyon lari təşkil edir.

“Bu gün biz pensiya fondunda artıq 3,3 milyard lari toplamışıq ki, bu da Gürcüstan iqtisadiyyatı üçün kifayət qədər böyük məbləğdir. Bununla yanaşı, biz investisiya fəaliyyətinə başladığımız gündən, yəni 2019-cu ilin əvvəlindən artıq 500 milyon laridən çox vəsait əldə etmişik. Bu, çox mühüm rəqəmdir, çünki bu məbləğ əslində əhalimizin mülkiyyətidir, onların əmanətlərinə hesablanmış mənfəətdir və investisiya fəaliyyətimiz sayəsində əldə edə bilmişik. Bu sxemə daxil olan 1 milyon 300 mindən çox insan var və biz yavaş-yavaş pensiyaların verilməsinə başlamağımızdan çox məmnunuq.

Təbii ki, indiyə qədər pensiya alanların sayı o qədər də böyük olmasa da zaman keçdikcə daha çox insan pensiya yaşına çatacaq və bu islahatdan gözlədiyimiz real müavinətlər qarşıdakı illərdə daha aydın görünəcək”, – deyə Giorgi Danelia bildirib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Teleradio yayımçılarının reklam gəlirləri azalıb
Öncəki yazı
Lavrov – Moskva Kiyevin Amerika silahları ilə dolu olmasına baxmayaraq, Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib