Teleradio yayımçılarının reklam gəlirləri azalıb

0

2023-cü ilin birinci rübündə televiziya və radio yayımçılarının ümumi reklam gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5% azalaraq 15,6 milyon lari təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Rabitə Komissiyası məlumat yayıb.

“2023-cü ilin birinci rübündə telekanalların kommersiya reklamından əldə edilən məbləğ 14,1 milyon lari təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon lari azdır. Televiziya yayımçılarının reklam gəlirlərinin 66,7%-ini birbaşa reklamlar təşkil edib, 2022-ci ilin birinci rübü ilə müqayisədə sponsorluq payı 1,2%, məhsulun yerləşdirilmə payı isə 5,5% artıb.

Radio yayımçılarına gəldikdə isə 2023-cü ilin birinci rübündə onların reklam gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 1,5 milyon lari təşkil edib ki, bunun da 87,82%-i birbaşa reklamın, 12,16%-i isə sponsorluğun payına düşüb.

Kommersiya reklamı gəlirinə kommersiya reklamı, sponsorluq, məhsul yerləşdirmə, teleshop və kommersiya reklamı daxildir.

Nəzərinizə çatdıraq ki, 2022-ci il martın 1-dən qanunla qumar oyunlarının reklamına icazə verilmir. Tənzimləmə həyata keçirilməzdən əvvəl qumar oyunlarının təşkilatçısı şirkətlər yayımçıların əsas maliyyəçiləri idi. O cümlədən, ötən ilin eyni dövründə qumar sektorundan əldə edilən reklam gəliri 4,8 milyon lari təşkil edib”, – deyə komissiyadan bildirilib.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
Öncəki yazı
Yığılmış pensiyaların verilməsinə başlanılıb – İslahatdan neçə nəfər yararlanıb?