Yaz allergiyası haqqında nə bilməliyik?

1

the girl sneezes in the garden

Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar yaz allergiya xəstəlikləri yaranır və ya kəskinləşir. Buna görə də, çox zaman yaza “xəstəliklər fəsli” də deyilir. Allergik rinit, allergik faringit, dəri allergiyaları, allergik bronxit, xorniki mədə-bağırsaq xəstəlikləri yaz fəslində daha da ağırlaşır.

Çiçəkli bitkilər tərəfində insanın ağzına və burnuna bu toz hissəcikləri daxil olduqda, immunitet sistemi səhvən toz hissəciklərini təhlükə kimi qəbul edir və allergenlərə hücum edən antikorları buraxmağa başlayır. Bu isə, qanda histaminin buraxılmasına şərait yaradır. Histaminlər isə burun axmasına, gözlərin qaşınmasına və digər növ yaz allergiyasının simptomlarına səbəb olur.

Aşağıdakı ağac növləri ən çox allergiyaya səbəb olur: qızılağac, ağcaqovaq, fıstıq, sidr, sərv, qarağac, ardıç, ağcaqayın, tut, palıd, zeytun ağacı, xurma, şam, qovaq, söyüd və s. Dəridə qaşıntı, tez-tez asqırma, burun və göz axıntıları, baş ağrısı, gözlərdə yaşarma, qızartı, burunda tıxanıqlıq, öskürək, qulaqlarda və gözlərdə qaşınma, boğaz ağrısı yaz allergiyasının əsas əlamətləridir.

Xüsusilə küləkli havalardan sonra çiçək tozları havaya daha çox dağıldığı üçün şikayətlər də artır. Bəzi çiçəklərin tozları isə ağır olduğundan havaya qalxmasa da, uçan həşəratlar tərəfindən ətrafa yayılırlar. Həmçinin çiçəkli bitkilərin buraxdığı tozcuqları kilometrlərlə səyahət edə bilər, buna görə də yaz allergiyanız varsa, bu, yalnız həyətinizdəki bitkilərin tozcuqları deyil.

Yaz allergiyasından qorunmaq üçün mütəxəssislər yaz fəslində bu tövsiyələri verirlər:

  • Səhərlər, havada toz dənələri az olan vaxt idmanla məşğul olun. Çiçəkləmə dövründə bütün məşqləri otaq şəraitində edin.
  • Evə qayıtdıqdan sonra paltarlarınızı dəyişin və yataq otağında saxlamayın.
  • Böyük gün eynəkləri və iri dimdiyi olan papaqlar sizin gözlərinizi maksimum müdafiə edəcək.
  • Evə qayıtdıqdan sonra qipoallergen sabunla yuyunun (kipriklərinizi yumağı unutmayın). Yuxudan əvvəl duş qəbul edin və saçlarınızı yuyun.
  • Kəskin dövrdən əvvəl kondisionerin filtrlərini dəyişin. Evdə və maşında pəncərəni açıq saxlamamağa çalışın.
  • Boğazda və ağızda yanma hissi yaradan meyvə və tərəvəzlərdən imtina edin. Pollinozdan əziyyət çəkən xəstələrin üçdə birində qida allergiyası da ola bilər. Bunun səbəbi isə tozlanmanın və ərzaq məhsullarının tərkibində olan zülallar arasında gedən reaksiyalardır.
  • Şəxsi bağınız varsa, otun uzunluğunu az saxlamağınızdan əmin olun;
  • Mümkünsə bütün pəncərələri bağlayın və kondisionerlərdə antiallergik filtrlərdən istifadə edin;
  • Evdə ən azı həftədə bir dəfə tozsoran istifadə edin.
  • Nəhayət, yaz allergiyası üçün müalicəvi dərmanlar da istifadə edilə bilər.

Yaz allergiyası baş qaldıran zaman vəziyyəti yüngülləşdirmək üçün bir sıra tədbirlər tövsiyə edilir.

Bunlardan biri burunu yumaq sayılır. Bunun üçün 1 stəkan suya 1 çay qaşığı duz, 1 çay qaşığı çay sodası əlavə edib, qarışdırmaq, həmin suyu buruna çəkmək lazımdır.

Bəzən buruna sirkəli su çəkənlər də olur. Amma mütəxəssislər hesab edir ki, bu, düzgün deyil. Sirkəli su burun florasına mənfi təsir göstərir. Amma boğaz qarqarası üçün sirkəli sudan yararlanmaq olar. Boğazda allergiyadan qıcıqlanma, şişmə varsa, 1 stəkan suya 2-3 damcı sirkə qataraq qarqara etmək faydalı sayılır.

Belə hallarda ilıq çökə çayı da tövsiyə olunur. Çökə çayının ağrıkəsici xüsusiyyəti də var. Eyni zamanda çox isti, çox soyuq içkilərdən, tünd ədviyyatlı qidalardan uzaq durmaq, çoxlu su içmək faydalı sayılır.

0
0
Sonrakı yazı
Danimarkada Qurani-Kərimə və Türk bayrağına qarşı hörmətsizlik
Öncəki yazı
“WhatsApp” tamamilə dəyişir – YENİLİK