“WhatsApp” tamamilə dəyişir – YENİLİK

3

“WhatsApp” android interfeysində dəyişiklik edib.

QafqazTürk.com xəbər verir ki, yeni interfeysdə “iPhone”larda olduğu kimi ekranın aşağı hissəsində naviqasiya paneli olacaq.

Məlumata görə, test mərhələsində olan yeni görünüş “WhatsApp”ın android beta versiyasında istifadəyə verilib. “WABetaİnfo”nun məlumatına görə, dəyişiklik nəticəsində “WhatsApp”ın interfeysi tamamilə dəyişəcək. Qeyd edək ki, “WhatsApp” iOS və androiddə fərqli interfeyslərə malikdir. iPhone interfeysi açıldığında ekranın aşağı hissəsində naviqasiya paneli var. Bu naviqasiya paneli mesajlara, axtarışlara, parametrlərə və bölmələrə ani girişi təmin edir

Lakin android istifadəçiləri bu xüsusiyyətlərə çatmaq üçün bir neçə mərhələdən keçməli olurlar. Android istifadəçilərinin istəklərini nəzərə alan “WhatsApp” interfeysi iPhone interfeysi kimi etməyə qərar verib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Yaz allergiyası haqqında nə bilməliyik?
Öncəki yazı
Tez-tez qrip olanlara çarə tapıldı