• 06 Dekabr 2023 10:47

Tez-tez qrip olanlara çarə tapıldı

Avatar photo

ByHacı Xəlilzadə

Apr 14, 2023

Əgər tez-tez qrip olursunuzsa, mütləq oktyabr-dekabr ayları arasında vaksin olunmalısınız.

QafqazTürk.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnstaqram səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Həkimin sözlərinə görə, immuniteti təbii yollarla yanaşı dərman preparatları ilə də gücləndirmək olar:

“Lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qida rasionunun formalaşmasıdır. Eləcə də yuxu rejiminə fikir vermək, aktiv həyat keçirmək önəmlidir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”, – deyə həkim bildirib.

14340cookie-checkTez-tez qrip olanlara çarə tapıldı