Yaxın vaxtda Gürcüstan və İspaniya arasında sürücülük vəsiqələrinin tanınması haqqında saziş imzalanacaq

1

Yaxın vaxtlarda Gürcüstan hökuməti ilə İspaniya Krallığı hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında saziş imzalanacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumat yayıb.

İspaniya Krallığının Nazirlər Şurası artıq sazişin imzalanmasına razılığını bildirib və sözügedən qərar barədə məlumatı İspaniya Krallığı Prezidentinin və Nazirlər Şurasının rəsmi saytında yerləşdirib.

Məlumata görə, saziş qüvvəyə mindikdən sonra tərəflərin vermiş olduğu etibarlı sürücülük vəsiqəsinin sahibləri nəzəri və ya praktiki imtahan vermədən qanuni yaşadıqları dövlətdə bərabər qüvvədə olan sürücülük vəsiqəsi ala biləcəklər.

Saziş qüvvəyə mindikdən sonra dəyişdiriləcək sürücülük vəsiqələrinin kateqoriya və siniflər müəyyən edilib, belə ki AM, A1, A2, A, B, B+E sürücülük vəsiqələrinin dəyişdirilməsi nəzəri və ya praktiki imtahandan keçmədən mümkün olacaq. C1, C1+E, C, C+E, D1, D1+E, D və D+E sürücülük vəsiqələrini dəyişdirmək üçün müraciət edən şəxslər ümumi hərəkət üçün nəzərdə tutulmuş açıq yollarda qeyd olunan vəsiqələrlə idarə etməyə icazə veriləcək nəqliyyat vasitəsindən və ya qoşqulu nəqliyyat vasitəsindən istifadə etməklə sürücülük imtahanından keçməlidirlər.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Bu gün Baş nazir İrakli Kobaxidzenin təşəbbüsü ilə iftar süfrəsi təşkil edilib – FOTOLAR
Öncəki yazı
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib