Bu gün Baş nazir İrakli Kobaxidzenin təşəbbüsü ilə iftar süfrəsi təşkil edilib – FOTOLAR

10

Bu gün, 28 mart 2024-cü il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan müsəlmanlarını iftar məclisinə dəvət etmişdi.

Dəvətlilər arasında Gürcüstandakı müsəlman ölkələrinin səfirləri, hökumət nümayəndələri, parlamentdə xalqımızı təmsil edən deputatlar Zaur Darğallı və Savalan Mirzəyev, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri, qubernatorlar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Marneuli meri Kənan Ömərov və meriyanın məsul işçiləri, Kvemo Kartli bələdiyyə məclislərinin rəhbərlərindən Rövşən İsgəndərov, Tariyel Məmmədov, Fuad Mirz’yev? Rəsul Bəxtiyarov, Samir Xiyalov, Vüqar Məmmədov, Azər Əliyev, Arif Süleymanov, Gürcüstan qəzetinin baş redaktoru Xaləddin Yolçuyev, icma nümayəndələri, ziyalılar və ruhanilər yer almışdılar.

İftar məclisində Baş nazir İrakli Kobaxidze çıxış edərək Gürcüstan müsəlmanlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi, dövlətin müsəlmanlara göstərdiyi diqqətdən danışdı. Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri çıxış edərək bütün dünya və ölkədə yaşayan müsəlmanları Ramazan ayı münasibətilə təbrik etdilər. Ruhanilər öz çıxışlarında görülmüş və görüləcək işlər barədə iftar iştirakçılarına məlumat verdilər. Çıxışlarının sonunda təşkil olunmuş iftar və Gürcüstanda yaşayan müsəlmanlara hökumətin qayğı və diqqəti üçün hökumət başçısı cənab İrakli Kobaxidzeyə xalqımız adından öz təşəkkürlərini bildirdilər.

İftar məclisində iştirak edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov göstərilən diqqətə görə Baş nazir İrakli Kobaxidzeyə təşəkkürünü çatdırıb.

“Biz də Gürcüstan Azərbaycanlıları Konqresi olaraq Baş nazirimiz cənab İrakli Kobaxidzeyə həm milli, həm dini bayramlarımızda yanımızda olduğuna və göstərdiyi diqqətə görə ürəkdən təşəkkür edirik”, – deyə H.Yusubov bildirib.

7
1
Kateqoriya: Din
Sonrakı yazı
პრემიერ-მინისტრის, ირაკლი კობახიძის ინიციატივით იფტარის სუფრა მოეწყო – ფოტოები
Öncəki yazı
Yaxın vaxtda Gürcüstan və İspaniya arasında sürücülük vəsiqələrinin tanınması haqqında saziş imzalanacaq